Çinlə ABŞ arasında ticarət danışıqları bərpa edilir


Dünya 19 Fev 2019 21:13:00 199 0

Çinlə ABŞ arasında ticarət danışıqları bərpa edilir

Çin və ABŞ vasitəçiləri dünyanın iki ən nəhəng iqtisadiyyatına malik ölkələr arasında davam edən ticarət müharibəsinə həll yolu tapmaq üçün bu həftə danışıqları bərpa edəcək.

Ağ Ev bildirib ki, üçüncü raund danışıqlar Vaşinqton şəhərində cümə axşamı yüksək səviyyədə aparılmağa başlamazdan əvvəl çərşənbə axşamı və çərşənbə günü aşağı səviyyəli danışıqlar keçiriləcək.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, ticarət danışıqları dekabrda ABŞ prezident Donald Trampla Çin prezidenti Şi Tsinpinq arasında Yeni İl günündən başlayaraq 90 gün müddətə tariff mübahisəsini dayandırmaq barədə əldə edilən razılığın nəticəsidir.