Polşada Bakı limanı və Ələt azad iqtisadi zonasının imkanları təqdim edilib


Digərləri 19 Fev 2019 20:50:00 258 0

Polşada Bakı limanı və Ələt azad iqtisadi zonasının imkanları təqdim edilib

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş Direktoru Taleh Ziyadovun rəhbərlik etdiyi nümayəndə heyəti Polşaya səfər edib

Bakı. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadovun rəhbərlik etdiyi nümayəndə heyətinin Polşaya səfəri baş tutub. Səfər Polşanın Sahibkarlıq və Texnologiya Nazirliyi, Dəniz Naviqasiyası Nazirliyi və İnfrastruktur Nazirliklərinin birgə təşəbbüsü ilə həyata keçirilib. Nümayəndə heyəti Polşanın Sahibkarlıq və Texnologiya Nazirinin müavini Tadeusz Koscinski ilə, Polşa İnvestisiya və Ticarət Agentliyində (PAİH), Polşanın Qdansk və Slavkuv limanlarında görüşlər keçirib.