"Bakının raketləri çox güclüdür, pulları havayı yerə xərcləməyin..."


Dünya 19 Fev 2019 20:24:00 197 0

"Bakının raketləri çox güclüdür, pulları havayı yerə xərcləməyin..."

Ermənistanın Rusiyadan 4 Su-30CM qırıcısı alması istəyi pulların havayı yerə xərclənməsidir.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə erməni hərbi ekspert Van Ambartsumyan çıxış edib.

"Azərbaycanın elə güclü hava hücumundan müdafiə sistemi var ki, 4 ədəd Su-30 CM qırıcısının alınması pulların hədər yerə xərclənməsidir. Onlar gələnə qədər Rusiyanın təyyarələrdə quraşdırdığı sistem köhnələcək. Rusiyanın Su-30MK və Su-30MKM qırıcılarının modifikasiyası Su-30CM-dən daha yüksəkdir".