Gəncədə qadını qul kimi işlətdilər, təcavüz etdilər


Kriminal 19 Fev 2019 20:09:00 374 0

Gəncədə qadını qul kimi işlətdilər, təcavüz etdilər

Gəncə şəhərində ağır cinayətlər törətməkdə ittiham olunan Arzu Tağıyev, Sahib Tağıyev və Brilyant Tağıyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxslərin barəsində toplanan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib.

Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olacaq.

Qeyd edək ki, təqsirləndirilən şəxs Brilyant Tağıyeva qohumları - Arzu və Sahib ilə birlikdə cinayət əlaqəsinə girərək, rus əsilli qadını Gəncə şəhərinə gətiriblər. Orada onlar həmin şəxsi məcburi əməyə cəlb etməklə insan alveri cinayəti törədiblər.

Bundan başqa, Sahib və Arzu həmin qadınla zorla cinsi əlaqədə olublar, ona qarşı seksual xarakterli hərəkətlər ediblər. Bu hal qadına qarşı bir neçə dəfə təkrarlanıb.