Bir neçə düyü dənəsi udsanız...


Digərləri 19 Fev 2019 19:44:00 298 0

Bir neçə düyü dənəsi udsanız...

Artıq çəkidən qurtulmaq üçün ən qəribə metodlardan biri hər gün bir neçə ədəd düyü udmaqdır.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu metod nə qədər qəribə olsa da, bir o qədər effektivdir.

Çiy düyü dənələri iştahı azaldır. Buna görə də tez-tez aclıq hiss edən insanların imdadına çatır. Anidən gələn şirniyyat yemək istəyinə də qalib gəlir.

İştahı azaltmaq üçün düyü udmaq metodundan istifadə etməyin bəzi qaydaları var. Hər gün səhər acqarına qəbul edəcəyiniz düyü dənələrini hər keçən gün 1 ədəd olmaqla artırmalısınız. Yəni, 1 ay ərzində tətbiq etsəniz, ayın sonuncu günündə 30 düyü dənəsi udmalısınız. Daha sonra metoda davam etmək istəyirsinizsə, düyü dənələrini artırdığınız metodda azaltmalısınız. Bu metod ümumilikdə 60 gün tətbiq edilir.