18 yaşına qədər olan gənclərə enerji içkiləri satılmayacaq


Digərləri 19 Fev 2019 19:29:00 254 0

18 yaşına qədər olan gənclərə enerji içkiləri satılmayacaq

"Gənclər siyasəti haqqında" qanuna dəyişikliyi nəzərdə tutan qanun layihəsinin ikinci oxunuşu zamanı adıçəkilən qanunvericilik aktına ciddi dəyişiklik edilib.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, birinci oxunuş zamanı qanunun 5.7.1 maddəsində 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırılması məqsədi ilə bir neçə məhdudlaşdırıcı hallar nəzərdə tutulmuşdu.

Belə ki, 18 yaşına qədər olan gənclərə tütün məmulatlarının, spirtli içkilərin satışına icazə verilmirdi.