Hololey: Aİ və Azərbaycan arasında aviasiya sazişi üzrə danışıqların növbəti mərhələsi mart ayında keçiriləcək


Digərləri 19 Fev 2019 19:20:57 225 0

Hololey: Aİ və Azərbaycan arasında aviasiya sazişi üzrə danışıqların növbəti mərhələsi mart ayında keçiriləcək

Gələn ay keçiriləcək görüşdə hava nəqliyyatı sahəsində Avropa İttifaqı və Azərbaycanın əməkdaşlıq məsələsinin müzakirəsi gözlənilir.

Bakı. Gələn ay keçiriləcək görüşdə hava nəqliyyatı sahəsində Avropa İttifaqı və Azərbaycanın əməkdaşlıq məsələsinin müzakirəsi gözlənilir. Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololey deyib. H.Hololeyin sözlərinə görə, bu gün aviasiya sazişinin imzalanması üçün hazırlıq çərçivəsində hansı irəliləyişlərin olduğu bilinəcək: "Bu mövzuda qeyri-rəsmi müzakirələr davam edir. Əldə olunmuş razılığa əsasən tərəflər danışıqların növbəti mərhələsi barədə qərar qəbul edəcəklər. Bu barədə spekulyasiya etmək istəmirəm, amma hesab edirəm ki, növbəti görüş gələn ay keçiriləcək. Ümid edək ki, bu istiqamətdə müsbət nəticələr əldə ediləcək".