Ordumuzun istefada olan polkovnikleytenantı Türkiyədə vəfat edib


Digərləri 19 Fev 2019 18:27:00 232 0

Ordumuzun istefada olan polkovnikleytenantı Türkiyədə vəfat edib

Fevralın 19-da günorta saatlarında Türkiyənin Gülhanə Tədris və Araşdırma Xəstəxanasında müalicə alan istefada olan polkovnik-leytenant Mirzəyev Əliyaz Ələddin oğlu uzun sürən onkoloji xəstəlikdən (xərçəngdən) sonra vəfat edib.

Son.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səhhətindəki problemlərlə əlaqədar 2016-cı ilin noyabrında ordu sıralarından istefaya çıxan Ə.Mirzəyevin müalicəsi Silahlı Qüvvələrin Baş Kilinik Hospitalında, eləcə də Müdafiə Nazirliyinin xətti ilə ölkənin müxtəlif tibb müəssisələrində və 3 dəfə Türkiyənin Gülhanə Tədris və Araşdırma Xəstəxanasında davam etdirilib.

İstefada olan polkovnik-leytenant Ə.Mirzəyevin cənazəsinin Türkiyədən Bakıya gətirilməsi və dəfn mərasimi ilə bağlı müvafiq tədbirlər Müdafiə Nazirliyi tərəfindən həyata keçiriləcək.

Son.az