Gürcüstanda qasırğa: 87 ağac aşıb,


Dünya 19 Fev 2019 18:29:00 252 0

Gürcüstanda qasırğa: 87 ağac aşıb,

Gürcüstanda son üç gün ərzində müşahidə olunan güclü külək bir sıra fəsadlar törədib. 

Son.az report-a istinadən xəbər verir ki, qasırğa və küləyin törətdiyi problemlərlə bağlı Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinə 261 zəng daxil olub.

Zənglərin 200-ü paytaxt Tbilisinin payına düşüb. Güclü külək ölkədə 87 ağacın aşmasına, 62 binanın dam örtüyünün uçmasına, 32 avtomobilə ciddi ziyanın dəyməsinə və 4 reklam lövhəsinin dağılmasına səbəb olub.