Ətraf mühit plastik tullantılardan qorunacaq


Digərləri 19 Fev 2019 17:59:00 210 0

Ətraf mühit plastik tullantılardan qorunacaq

Polietilen torbaları əvəz edən qablaşdırma vasitələrinin istehsalının genişləndirilməsi və istifadəçilərə təklif edilməsi nəzərdə tutulur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşı Türkən Kərimzadə bildirib.

Onun sözlərinə görə, nazirlik tərəfindən hazırlanan və ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı" qarşıya qoyulmuş məqsədə çatmaq üçün bütün maraqlı tərəflərin birgə fəaliyyətini nəzərdə tutur. Bu məqsədlə ilk növbədə həyata keçiriləcək əsas tədbirlərdən biri polietilen torbaların alternativi olan kağız, parça və çox istifadə olunan qablaşdırma vasitələrindən istifadənin genişləndirilməsidir. Bunun üçün polietilen torbaları əvəz edən qablaşdırma vasitələrinin istehsalının genişləndirilməsi və istifadəçilərə təklif edilməsi nəzərdə tutulur.