Həsrətlə gözlənilən qar 4 kəndlə əlaqə kəsdi:


Digərləri 19 Fev 2019 17:24:00 256 0

Həsrətlə gözlənilən qar 4 kəndlə əlaqə kəsdi:

"Havadan xəbərsiz idik"

Son.az ARB TV-yə istinadən xəbər verir ki, axşam saatlarından başlayaraq şimal-qərb istiqamətində yağan güclü qar xüsusilə Qobustan, Şamaxı, İsmayıllı istiqamətində problemlər yaradıb. Şamaxının 4 kəndi ilə əlaqə kəsilib, hazırlıqsız sürücülər yolda qalıb.

Şamaxıda qarın hündürlüyü 10-15, dağ kəndlərində 20-25 sm-ə çatır. Mərkəzi küçələrdə səhər saatlarında avtomobillər yolda qalıb. Rayonun Pirbəhli, Qaladərəsi, Qaleybuğurd, Keçmədin kəndləri ilə nəqliyyat əlaqəsi kəsilib.

Qar Bakı-Şamaxı-Yevlax, İsmayıllı-Muğanlı magistrallarında da çətinliklər yaradıb. Yolda qalan avtomobillərin sərnişinləri piyada yol qət etmək məcburiyyətində qalıblar. Magistralın Basqaldan keçən ərazisində gediş-gəliş daha da çətinləşib.

Sürücü: "Qar yağmağa davam edir, yolda qalmışıq. Yol polisi əməkdaşları sağ olsunlar köməklik etdilər maşını yoldan kənara çıxardıq".

Sürücü: "Yay təkəri ilə gəlmişik. Qaldıq yolda. Havadan xəbərsiz idik".


Xəbərə aid fotolar