Bakıda gözəllik salonundan 7 min manatlıq süni saç oğurladı və...


Digərləri 19 Fev 2019 17:06:06 218 0

Bakıda gözəllik salonundan 7 min manatlıq süni saç oğurladı və...

Bakıda gözəllik salonundan xeyli pul və 7 min manatlıq süni saçlar oğurlayan şəxs ələ keçdi.

Bakı. Yanvarın 26-na keçən gecə paytaxtın Nərimanov rayonunun F.Yusifov küçəsindəki gözəllik salonlarının birindən 8000 manat pul və 7000 manat dəyərində süni saçların oğurlanması barədə 17-ci Polis şöbəsinə müraciət daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Ə.Quliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.