Kolumbiyada Azərbaycana həsr olunmuş xüsusi veriliş hazırlanıb


Digərləri 19 Fev 2019 17:09:42 176 0

Kolumbiyada Azərbaycana həsr olunmuş xüsusi veriliş hazırlanıb

Ölkəmizin Kolumbiyada geniş təbliği ilə bağlı Azərbaycanın Boqotadakı səfirliyi tərəfindən müxtəlif layihələrin həyata keçirilməsi davam edir.

Bakı. Ölkəmizin Kolumbiyada geniş təbliği ilə bağlı Azərbaycanın Boqotadakı səfirliyi tərəfindən müxtəlif layihələrin həyata keçirilməsi davam edir. Səfirlikdən Trend-ə verilən məlumata görə, bu səbəbdən ölkəmizin mədəniyyəti və tarixi barədə Kolumbiyanın ən çox dinlənilən üç radiosundan biri olan “ColMundo”da Azərbaycana həsr olunmuş 1 saatlıq xüsusi veriliş hazırlanıb. Verilişdə danışan ölkəmizin Kolumbiyadakı müvəqqəti işlər vəkili Həmid Zeynalov Azərbaycanın zəngin mədəniyyəti, qədim tarixi, adət-ənənələri və turizmi barədə ətraflı məlumat verib. O bildirib ki, xalqımızın çoxəsrlik mədəni irsi və milli sərvəti bu gün dünyada tanınır və Azərbaycanın bir sıra tarixi abidələri bu gün YUNESKO tərəfindən qorunmaqdadır. Həmçinin müvəqqəti işlər vəkili tərəfindən vurğulanıb ki, mədəniyyətimizin zənginliyini və qədimliyini nümayiş etdirən musiqi sənəti, milli mətbəxi və Azərbaycan xalçaları (Qarabağ, Şirvan, Quba, Naxçıvan, İrəvan və s.) beynəlxalq sərgi və tədbirlərdə uğurla təmsil olunur.