“Kiminsə xətrinə dəymişəmsə bağışlasın” Nadir Qafarzadə efirdə göz yaşı töküb


Şou-biznes 19 Fev 2019 16:39:00 279 0

“Kiminsə xətrinə dəymişəmsə bağışlasın”  Nadir Qafarzadə efirdə göz yaşı töküb

ARB TV-nin "Hüseynova bacıları" proqramının budəfəki qonağı müğənni Nadir Qafarzadə olub.

Son.az bildirir ki, müğənni proqramda göz yaşları içində xətrinə dəydiyi insanlardan üzr istəyib:

"Yaşımın üstünə yaş gələndə kövrəlirəm. Ola bilsin ki, kiminsə xətrinə dəymişəm. Kiminsə haqqına girdiyim, haram yediyim yadımda deyil. Həmişə deyirəm ki, Allah məni vaxtsız dünyadan aparsan, heç kim məndən incik qalmasın. Bu vaxta kimi kiminsə xətrinə dəymişəmsə bağışlasınlar məni. Zamansız ölüm gəlir. Bilmirsən nə vaxt öləcəksən. Kimsə məni bağışlamayıbsa keçsin, Allah da bağışlayandır".


Xəbərə aid foto