Türkiyə prezidentinin köməkçisi: Ankara ilə Bakı arasındakı münasibətlər sürətlə inkişaf edir


Digərləri 19 Fev 2019 16:31:37 202 0

Türkiyə prezidentinin köməkçisi: Ankara ilə Bakı arasındakı münasibətlər sürətlə inkişaf edir

Türkiyə və Azərbaycan liderlərinin səyləri nəticəsində Ankara ilə Bakı arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir

Bakı. Rufiz Hafizoğlu - Türkiyə və Azərbaycan liderlərinin səyləri nəticəsində Ankara ilə Bakı arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Trend-in məlumatına görə, bunu Türkiyə prezidentinin köməkçisi Yalçın Topçu deyib. Onun sözlərinə görə, ən çətin vaxtlarda Azərbaycan və Türkiyə bir-birini dəstəkləyib: “Türkiyə ilə Azərbaycanın münasibətləri əvvəlki kimi bütün istiqamətlərdə inkişaf edəcək”. Y.Topçu əlavə edib ki, ölkələr təhsil sahəsində də fəal əməkdaşlıq edir və Türkiyədə 20 min azərbaycanlı, Azərbaycanda isə 4 min türkiyəli tələbə təhsil alır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin