ABŞ Sudana müdaxilə etməyəcəyini açıqladı FOTO


Dünya 19 Fev 2019 16:15:00 206 0

ABŞ Sudana müdaxilə etməyəcəyini açıqladı  FOTO

Sudandakı böhranı həll etmək üçün xarici müdaxilə olmayacaq.

Son.az report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Kiril Sartor Xartumda Sudan Prezidentinin müavini Faysal Hasan İbrahimlə görüşdə bildirib.

"Sudan inkişaf və keçid mərhələsindədir. Sudana hər hansı bir xarici müdaxilə edilməyəcək. Hökumətin problemin siyasi həllini tapması üçün daha çox səbr ediləcək", - müşavir vurğulayıb.

K.Sartor deyib ki, rəsmi Xartum ölkə vətəndaşlarının barışcıl ifadə haqqına hörmət göstərməlidir.

O, Faysal Hasan İbrahimlə görüşünün məhsuldar olduğunu vurğulayaraq, ABŞ-la Sudanın güclü ortaq olması üçün birlikdə fəaliyyət göstərəcəklərini deyib.


Xəbərə aid foto