Lider autsayderlə bacarmadı


İdman 19 Fev 2019 15:52:00 223 0

Lider autsayderlə bacarmadı

Almaniya çempionatının 22-ci turu Borussia Dortmund üçün uğursuz olub.

Goal.az xəbər verir ki, turnir cədvəlinin lideri autsayder Nürnberg-lə bacarmayıb-0:0. Dortmund təmsilçisinin məğlubiyyəti ikinci yerdə olan Bayer Münich-lə xal fərqini 3-ə endirib. Qeyd edək ki, Münhen klubu bu turda Ausburq-u üstələyib-3:2.

Borussia Bundesliqada son 3 oyunda xalları bölüşüb. Bununla belə, Lyüsen Favrın komandası 51 xalla liderliyini qoruyur.