Azərbaycanda artıq bu şəxslər həbs ediləcək


Digərləri 19 Fev 2019 15:50:00 215 0

Azərbaycanda artıq bu şəxslər həbs ediləcək

Azərbaycanda telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili cinayət əməli hesab ediləcək.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili cinayət əməli hesab ediləcək. Trend-in məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə əlavələr edilir. Həmin əlavələrə əsasən, telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qanunsuz qoşulmaqla beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili əhəmiyyətli dərəcədə zərərvurmaya səbəb olduqda azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək. Bu zərər vurulmuş ziyanın 2 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılır.