Əli Əhmədov: Birgə iqtisadi layihələr Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirir


Digərləri 19 Fev 2019 15:52:00 176 0

Əli Əhmədov: Birgə iqtisadi layihələr Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirir

Türkiyə və Azərbaycanın həyata keçirdiyi birgə iqtisadi layihələr iki ölkənin qardaşlığını daha da gücləndirir.

Bakı. İlhamə İsabalayeva - Türkiyə və Azərbaycanın həyata keçirdiyi birgə iqtisadi layihələr iki ölkənin qardaşlığını daha da gücləndirir. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov Türkiyə Böyük Millət Məclisinin Azərbaycanda səfərdə olan bir qrup üzvü ilə görüşündə deyib. Ə.Əhmədovun sözlərinə görə, Türkiyə Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkədir: "Türkiyədən gələn hər bir qonaq Azərbaycan üçün əzizdir. Eyni hissləri biz Türkiyəyə gedəndə yaşayırıq. Türkiyə-Azərbaycan dostluğunun əsası Heydər Əliyev zamanında qoyulub". Baş nazirin müavini qeyd edib ki, hazırda Türkiyə dünyanın ən güclü ölkələrindən birinə çevrilib: "Biz bundan qürur duyuruq. Türkiyə ilə yanaşı Azərbaycan da güclənir. Bu iki ölkənin gücü onların möhtəşəmliyini daha da artırır. Güman edirəm ki, Türkiyə də Azərbaycanın inkişafından qürur duyur. Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin qarşısını almaq mümkün olmayacaq". Ə.Əhmədov Türkiyədən daha çox vətəndaşların Azərbaycana səfər etmək istədiklərini də açıqlayıb. O bildirib ki, yerləşdiyi regionda narahatlıqlar olsa da, Türkiyə öz əhalisinin sabit durumda yaşamasını təmin edir. Ə.Əhmədov əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Tükiyənin göstərdiyi səylər ən böyük dəstəkdir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin