ATƏT sədri Azərbaycana səfər edəcək


Siyasət 19 Fev 2019 15:41:00 208 0

ATƏT sədri Azərbaycana səfər edəcək

"ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr aparmaq üçün Azərbaycana və Ermənistana səfər edəcək".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu M.Layçak Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

O qeyd edib: "Məhz bu məsələlərin müzakirəsi üçün martın birinci yarısında Bakıya və Yerevana səfər etməyə hazırlaşıram. Azərbaycandan və Ermənistandan dəvətim var".