Bakı Olimpiya Stadionunda bu vaxta kimi neçə toy keçirilib? AÇIQLAMA


Digərləri 19 Fev 2019 15:47:00 246 0

Bakı Olimpiya Stadionunda bu vaxta kimi neçə toy keçirilib?  AÇIQLAMA

Adətən böyük çempionatların keçirildiyi Bakı Olimpiya Stadionu (BOS) bir neçə il əvvəl burada toy mərasimlərinin keçiriləcəyi ilə bağlı məlumat yaymışdı. "Stadionda toy" ifadəsi nə qədər maraqlı səslənsə də, xeyli tənqid obyektinə çevrilmişdi. 

Son.az xəbər verir ki, oxu.az 2016-cı ildə verilən həmin elandan sonra BOS-da nə qədər toy mərasiminin keçirildiyi ilə maraqlanıb. Stadionun PR və media üzrə direktoru Cəmilə Mehdiyeva açıqlamasında bildirib ki, elandan 3 il keçməsinə baxmayaraq BOS-da toy mərasimi təşkil edən olmayıb:

"Toy mərasimləri təşkil edilməyib, yalnız korporativ tədbirlər keçirilib".

C.Mehdiyeva BOS-un özünü hansı pulla təmin etməsi ilə bağlı suala belə cavab verib: