Salanın iti sahibinin dəfn mərasiminə gəlib


İdman 19 Fev 2019 15:30:00 281 0

Salanın iti sahibinin dəfn mərasiminə gəlib

Təyyarə qəzasında həlak olan argentinalı futbolçu Emiliano Sala fevralın 17-də dəfn olunub.

Goal.az xəbər verir ki, doğulduğu Proqreso çəhərində keçirilən vida mərasimində Salanın “Nala”adlı iti də iştirak edib. İti mərasimə futbolçunun bacısı Romina gətirib. “Qardaşımın olümündən sonra onun itini yanıma apardım. Evdə saxlayacağam”,- futbolçunun bacısı deyib.

Xatırladaq ki, Sala və pilot Devid Aybattsonun uçduğu təyyarə yanvarın 22-də La-Manş üzərində qəzaya uğrayıb. Futbolçunun cəsədi fevralın 4-də tapılıb. Pilotun cəsədini tapmaq mümkün olmayıb.