Təhsili qızıl medalla başa vuranlar ali məktəblərə qəbul imtahanından azad oluna bilər


Digərləri 19 Fev 2019 15:27:00 252 0

Təhsili qızıl medalla başa vuranlar ali məktəblərə qəbul imtahanından azad oluna bilər

Azərbaycanda orta təhsilini qızıl medalla başa vuran məzunlar ali məktəblərə qəbul imtahanından azad olunacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış "Ümumi təhsil haqqında" qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinin 13-cü (Ümumi təhsilin təşkili) maddəsində bildirilir ki, təhsilini qızıl medalla başa vuran məzunlar imtahandan azad olunaraq yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunacaqlar.