Əflatun Amaşov: "Qonşu ölkələrin radio dalğalarının Azərbaycanda yayımının qarşısı alınmalıdır"


Digərləri 19 Fev 2019 14:59:00 214 0

Əflatun Amaşov: "Qonşu ölkələrin radio dalğalarının Azərbaycanda yayımının qarşısı alınmalıdır"

Bakıdan çıxıb Hacıqabula çatanda İran radiolarının dalğaları bizim radioları üstələyir. Ağsu aşırımında erməni radiosunun dalğaları eşidilir, Gəncəni keçən kimi Gürcüstanın radio dalğaları hakimdir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.