I Divizionda çıxış edən klublara qeyri-adi cəzalar tətbiq olundu


İdman 19 Fev 2019 14:33:00 222 0

I Divizionda çıxış edən klublara qeyri-adi cəzalar tətbiq olundu

AFFA İntizam Komitəsinin növbəti iclasında Azərbaycan I Divizionunda çıxış edən klublara qeyri-adi cəzalar tətbiq edilib.

Goal.az-ın məlumatına görə, cəzalar XV turun qarşılaşmalarında baş verənlərlə əlaqədar olub.

“Turan Tovuz”la ev oyununda xərək daşıyan uşaqlar olmadığına görə MOİK-ə, "Ağsu" ilə səfər matçında protokolu vaxtında təqdim etmədiyi üçün "Şüvəlan"a, "Səbail-2" ilə səfər qarşılaşmasından öncə iclasa 7 dəqiqə gecikməsi səbəbindən "Sumqayıt-2"yə, "Kəpəz"lə ev qarşılaşmasında isə top daşıyan uşaqların qapı arxasında toplarla artıq rəftar etmələri əsas gətirilərək, "Neftçi-2"yə 80 manat cərimə kəsilib.

Qeyd edək ki, daha əvvəl "Qəbələ" klubu hakimlər otağında lazımi inventarların olmaması səbəbindən 1600 manat cərimələnib.