Azərbaycanda yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edildi


Digərləri 19 Fev 2019 14:49:00 184 0

Azərbaycanda yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edildi

Azərbaycanda yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edildi

Bakı. Elçin Mehdiyev - Azərbaycanda yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Trend-in məlumatına görə, 5 fəsil 33 maddədən ibarət olan “Ümumi təhsil haqqında” qanun layihəsinin məqsədi vətəndaşların ümumi təhsil sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnu təmin etməkdən, ümumi təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibəti tənzimləməkdən və ümumi təhsilin təşkilati-hüquqi bazasını yaratmaqdan ibarətdir.