İş adamının xanımının başını kəsib küçəyə atdılar


Digərləri 19 Fev 2019 14:16:00 233 0

İş adamının xanımının başını kəsib küçəyə atdılar

Başıma gələnlərin günahkarı əclaf ərimdir. O, mənə görə 200 min dollar ödəmək istəmədi.

Susana Karreranın kəsilmiş başı bədənindən ayrılmış cəsədinin yanına atılmış kağız parçasında belə yazılmışdı.

Son.az Daily Mail-ə istinadən bildirir ki, olay Meksikanın Verakrus ştatındakı Koasakoalkos şəhərində yaşanıb. S.Kareranın cəsədi qara polietilenə bükülüb yol kənarına atılmışdı.

Cinayətkarlar qaçırdıqları və girov saxladıqları S.Karreranın azad edilməsi üçün ərindən 4 milyon peso, yəni 200 min dollar tələb etmişdilər.

İki övlad anası S.Karreranın əri "Pexaluminio" metallurgiya şirkətinin sahibidir.


Xəbərə aid fotolar