Abbas Bağırov ona “pul atan” köməkçisini bağışladı


Şou-biznes 19 Fev 2019 14:17:00 209 0

Abbas Bağırov ona “pul atan” köməkçisini bağışladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Emil Qurbanov ifadə verib.

O söyləyib ki, O.Mehrəliyev müğənni, əməkdar artist Abbas Bağırova məxsus olan qarajı ona 10 min manata satıb:

"Sənədlər Orxanın adına idi. Aramızda alqı-satqı olmadı. Pulu da elə Orxana verdim. Sonra Abbasla danışdım. Məlum oldu ki, qaraj Abbasa məxsusdur. Pulumu geri ala bilmədim, yenə də şikayətçi deyiləm".

O.Mehrəliyev deyib ki, həmin qaraj onun özünə məxsusdur: