Əmək pensiyalarının minimum məbləğinin artımı təsdiq edildi


Digərləri 19 Fev 2019 14:09:00 247 0

Əmək pensiyalarının minimum məbləğinin artımı təsdiq edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qanuna təklif edilən dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur.

Qanunun 6-1-ci maddənin mətninin yeni redaksiyasında deyilir: "Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir".