Dövlət reyestrinin aparılması qaydalarını pozanlarla bağlı cərimələr təsdiq edildi


Digərləri 19 Fev 2019 13:51:00 201 0

Dövlət reyestrinin aparılması qaydalarını pozanlarla bağlı cərimələr təsdiq edildi

Azərbaycanda dövlət reyestrinin aparılması qaydalarını pozanlar cərimələnəcəklər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr edilib.

Həmin əlavələrə əsasən, daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulmasına görə cərimələr tətbiq ediləcək.

Əlavələrdə qeyd edilir ki, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə "Daşınar əmlakın yüklülüyü haqqında" qanunda nəzərdə tutulmuş qaydada məlumatların təqdim edilməməsinə görə, habelə reyestrə bilərəkdən yanlış və natamam məlumatların təqdim edilməsinə görə fiziki şəxslər 150 manat, vəzifəli şəxslər 700 manat, hüquqi şəxslər 2500 manat məbləğində cərimə ediləcəklər.