Uzun ömür sürmək üçün nələrə


Digərləri 19 Fev 2019 13:54:00 232 0

Uzun ömür sürmək üçün nələrə

Azərbaycan uzunömürlülər diyarıdır. Sözün hər bir mənasında, bizdə insanın özü qədər insani dəyərlər də qədim tarixə malikdir. O dəyərlər ki, müasir dünya üçün örnək qismində qəbul edilir. Lakin rəqəmlər də son 5 ildə 100 yaşlıların sayının azaldığını göstərir. Uzunömürlülər arasında "cavanlaşma" prosesinin getməsi müxtəlif fikirlərlə əsaslandırılır. Kimisi sağlam yaşam tərzinin dəyişdiyini, kimisi isə genetikanın rol oynadığını düşünür.

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb. Kamal Kələntərli - 98 yaşlı sakin: "Atamın əmisi Əhəd bəy Kələntərli 114 yaşına qədər yaşamışdır. İnsanın şəxsən özündən asılıdır. Nələri valideyn görməlidir övladı üçün: Vaxtında yatmağını, vaxtında durmağını, torpaqda bəslənən təbii qidalar olmalıdır. O vaxtı yaxşı pendir gətirərdilər, bunlar insanın ömrünün uzun olmasına bir dayaqdır. Mən inana bilmirəm ki, 10-15 ildir, 20 ildir bəlkə də keçi südü 1 nəfər uşağa verilsin". Azərbaycanda uzunömürlülərin ən çox yaşadığı bölgə cənub zonasıdır. Lakin burada da yaşı 100-ü keçənlərin sayı nəzərəçarpacaq dərəcədə azalır. Şabikə Axundova: "114 yaşım var həyətə düşə bilmirəm evdə yavaş-yavaş gəzirəm, otururam-dururam. Nəsildə uzunömürlü var? Bacım var idi, qardaşım var idi" . Sevic Hüseynova - Azərbaycan Milli Elimlər Akademiyasinin Qarayev adına Fiziologiya instutunun aparıcı elmi işçisi, dasent, biologiya elmləri üzrə fəlsəfə doktoru: "Əvvəlki illərə nisbətən uzunömürlülərin sayı azalıb. Demoqrafik nəticələrə görə, üzunömürlülərin 94-95-96 yaşında olanların sayı artıb . Ölkə üzrə 10 minə qədər var, 100-dən çox. Amma o rəqəmlər dəqiqləşdirilməmiş, derifikasiya olunmamış rəqəmlərdir. 2 il bundan qabaq əgər Lənkəranda 140-a yaxın uzunömürlü qeydə alırdıqsa, bu illəri onların sayı 104-ə catıb". Ənvər Rüstəmov - Terapevt : "Qida rejiminə əməl etməlidir, yuxu rejiminə əməl etməlidir, sonra stesdən özünü qorumalıdır. Müxtəlif yoluxucu xəstəliklərdən özün qorumalıdır. Siqaret cəkməkdən imtina etməldir, yağlı qida məhsullarını qəbul etməkdən imtina etməlidir. İnsan öz resurslarını tam xərcləyə bilərsə, əlbəttə 120-150 il yaşamaq mümkündür". Azərbaycanda uzunömürlü insanların dəqiq sayı bəlli deyil. Ancaq onların əksəriyyəti qadınlardır. Ekspertlər qadınların ömürlərinin uzun olmasını onların fizioloji quruluşları, emosional, gərgin vəziyyətdə çox olmaması ilə izah edirlər.


Xəbərə aid fotolar