Azərbaycanda reklam hesab olunan məkanların siyahısı genişləndirilir


Digərləri 19 Fev 2019 13:55:00 194 0

Azərbaycanda reklam hesab olunan məkanların siyahısı genişləndirilir

Azərbaycanda reklam hesab olunan məkanların siyahısı genişləndirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan "Reklam haqqında" qanuna dəyişikliklərdə öz əksini tapıb.

Qanunun yeni redaksiyada verilən 26.1-ci maddəsinə əsasən, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında, dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin, vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının tunellərində, dayanacaqlarında, yeraltı keçidlərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur.

Hazırda isə 26.1-ci maddəyə əsasən, açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir.