Milli Məclis vəkilliyə qəbulla bağlı yeni qaydaları ikinci oxunuşda təsdiq etdi


Digərləri 19 Fev 2019 13:36:00 182 0

Milli Məclis vəkilliyə qəbulla bağlı yeni qaydaları ikinci oxunuşda təsdiq etdi

Azərbaycanda vəkilliyə qəbul imtahanı ilə bağlı yeni qaydalar müəyyən edilib.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda vəkilliyə qəbul imtahanı ilə bağlı yeni qaydalar müəyyən edilib. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, Azərbaycanda vəkil olmaq istəyən şəxslər yazılı test imtahanında müvəffəqiyyət qazanmadıqda həmin şəxslərə yenidən ixtisas imtahanında iştirak etmək imkanı veriləcək.