Kürdəxanıda 704 partlamamış hərbi sursat aşkarlanıb


Digərləri 19 Fev 2019 13:29:42 171 0

Kürdəxanıda 704 partlamamış hərbi sursat aşkarlanıb

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində patron və əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Bakı. Fevralın 18-i saat 19:20-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində patron və əl qumbarasının tapılması barədə məlumat daxil olub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Sabunçu Rayon Polis idarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Bakı şəhəri, Sabunçu Rayon Polis idarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidən keçən Bilgəh-Sumqayıt yolunun kənarına baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Havanın qaranlıq olması ilə əlaqədar əməliyyatlar növbəti gün, 2019-cu il 19 fevral tarixində davam etdirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 704 ədəd müxtəlif növ partlamamış hərbi sursat (PHS) və 1 ədəd avtomat darağı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.