Dördüncü Buktreyler Festivalının səsi bəlli oldu VİDEO


Kriminal 19 Fev 2019 13:13:00 321 0

Dördüncü Buktreyler Festivalının səsi bəlli oldu  VİDEO

Dördüncü Buktreyler Festivalının səsi bəlli oldu  Kitabı tanıdın, kitabla tanının!

Dördüncü Buktreyler Festivalının loqosu təqdim olunub. Təqdim edilən loqodan bəlli olduğu kimi bu il keçiriləcək IV Buktreyler Fetivalının səsi Əməkdar Mədəniyyət işçisi, tanınmış aparıcı Leyla Quliyevadır:

https://www.youtube.com/watch?v=zlp5tMyWXUk

Qeyd edək ki, Leyla Quliyeva 2018-ci ildə keçirilmiş III Buktreyler Festivalının Qala Gecəsinin aparıcısı olmuşdur.

Festival qaliblərini 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1.000, 800 (hərəsi) və 500 (hərəsi) AZN, "Ən yaxşı mobil buktreyler" nominasiyası üzrə isə 1.000 AZN pul mükafatları gözləyir.

Buktreylerlərin son qəbul tarixi: 1 aprel, 2019

Buktreyler - kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya treylerdir.