“Mənim yanımda can verməyə qorxurdu”


Kriminal 19 Fev 2019 13:04:00 351 0

“Mənim yanımda can verməyə qorxurdu”

ARB TV-nin "Bu qədər" proqramında bu dəfə mərhum xalq artisti Kamil Vəzirovun həyatından danışılıb.

Son.az bildirir ki, xalq artistinin həyat yoldaşı, övladları və sənət dostları onunla bağlı xatirələrini danışıb: Lətifə Vəzirova - Həyat yoldaşı: "Qohum idik. Bir-birimizin evinə gedib, gəlirdik. Bu müddət ərzində bir-birimizi istəmişik. Evlənəndən sonra da ona məhəbbətim çox olub. Onu çox sevmişəm, ona görə də onu itirmək mənimçün ağırdır. Zeynəb Xanlarovanın "Dünyanın xoşbəxti mənəm dünyada" mahnısında deyildiyi kimi, bax, mən elə bir qadın olmuşam. Mənim yanımda can verməyə qorxurdu, bilirdi ki, onu ölməyə qoymaram. Məni qoymadı xəstəxanaya getməyə, dedi, mən səhər gələcəm evə, sən gəlmə. Amma gəlmədi". Aytac Həsənova - Qızı: "Yaradıcı insanın həyatı nağıla bənzəyir. O, bizə nağıl kimi həyat bəxş edib. Səhhətindən heç vaxt şikayətlənmirdi, halı pisləşən anda da deyirdi ki, yaxşıyam. Hər şey bir anın içində oldu". Gülyanaq Məmmədova - Tələbəsi: "Böyük-kiçiklə rəftarını bilən biri idi. Deyib-gülməyi sevirdi. Amma işdə məsuliyyətin onun üçün öz yeri var idi. O, musiqiçi idi, hər alətdə gözəl ifa edirdi". Rəşad Vəzirov - Oğlu: "Qarmonu əlindən qoymurdu. Musiqidən yorulmurdu, bunu dilinə gətirmirdi. Atam evdə tapılmırdı. Üzünü aylarla görmürdük. Qastrollarda olurdu. Onu yaşadan sənəti idi. Xəstəxanada müayinədən keçəndə gülə-gülə həkimin əlini sıxıb və gözlərim qaralır deyib".


Xəbərə aid foto