Sarri təzyiq altında olduğunu gizlətmədi


İdman 19 Fev 2019 12:52:00 201 0

Sarri təzyiq altında olduğunu gizlətmədi

Chelsea-nın baş məşqçisi Maurisio Sarri İngiltərə Kubokunda Manchester United-lə oyunu (0:2) şərh edib.

Goal.az xəbər verir ki, Sarri bəxtlərinin gətirmədiyini deyib. “Birinci yarıda üstünlük bizdə idi. Hissənin sonunda isə rəqib qapımıza iki qol vurmuşdu. Gözlənilməz idi. Bəxtimiz gətirmədi. Rəqibə qol imkanı yaratdıq. İkinci yarıda anlaşılmaz oynadıq. Birinci hissədən sonra nə baş verdiyini anlamadım. Bu cür ağır hesabla uduzanda oyunun alınmır. Nəticəyə görə təzyiq hiss edirəm. Çünki məsuliyyət daşıyıram. İşləmək lazımdır. Daha aqresssiv olmalıyıq. Özümüzə inam son dərəcə vacibdir”,- Sarri bildirib.