Bazar günü Türkiyədə yeni parlament sədri seçiləcək


Dünya 19 Fev 2019 12:32:00 224 0

Bazar günü Türkiyədə yeni parlament sədri seçiləcək

Türkiyə Böyük Millət Məclisinin (parlament) yeni sədrinin seçiləcəyi tarix açıqlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, yeni spiker fevralın 24-də parlament üzvləri arasında səsvermə yolu ilə seçiləcək.

Yeni seçilmiş sədr TBMM-in 29-cu spikeri olacaq.

Qeyd edək ki, Türkiyə parlamentinin spikeri Binəli Yıldırım İstanbul bələdiyyəsinin sədri vəzifəsinə namizədliyinin irəli sürülməsi ilə əlaqədar ötən gün istefa verib.