Sulşer komandasından razı qalıb


İdman 19 Fev 2019 12:31:00 237 0

Sulşer komandasından razı qalıb

Manchester United-in baş məşqçisi Ole-Qunnar Sulşer İngiltərə kubokunun 1/8 finalında Chelsea üzərində qələbədən (2:0) danışıb.

Goal.az xəbər verir ki, çalışdırıcı ¼ finalda Wolverhampton-la oyundan gözləntilərini də dilə gətirib. “ Komandam əla oynadı.Taktikamız özünü göstərdi. Möhtəşəm qələbə qazandıq. İkinci yarıdan daha çox xoşum gəldi. Müdafiədə ideal oyun sərgilədik. Komandam tapşırıqlara tam əməl etdi. Çelsea güclü klubdur. Özünəməxsus oyun üslubu var. Qarşıda Wolverhampton-la çətin görüşümüz olacaq. Gücümüzü toplamalıyıq. Cəsarətli olsaq, nəticədən razı qala bilərik”,- mütəxəssis deyib.