İndoneziya səfiri: Çox sevincliyəm ki, bu gün sizin universiteti görmək şərəfinə nail olmuşam (FOTO)


Digərləri 19 Fev 2019 12:30:58 175 0

İndoneziya səfiri: Çox sevincliyəm ki, bu gün sizin universiteti görmək şərəfinə nail olmuşam (FOTO)

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova İndoneziya Respublikasının Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani ilə görüşüb.

Bakı. Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova İndoneziya Respublikasının Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani ilə görüşüb. AzMİU-dan Trend-ə verilən məlumata görə, görüşdə səfirin müavini, Beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev də iştirak edib. Qonaqları səmimi salamlayan rektor ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu, ölkə Prezidenti İlham Əliyevin müsəlman ölkələri ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. G.Məmmədova AzMİU-nun tarixi, fakültə və ixtisasları barədə ümumi məlumat verib, universitetin beynəlxalq əlaqələrindən danışıb. Universitetdə 700-ə yaxın əcnəbi tələbənin oxuduğunu deyən rektor onların arasında İndoneziyadan olan gənclərin olmadığını bildirib. O, İndoneziya ali məktəbləri ilə əlaqələrin qurulmasında, müəllim-tələbə mübadiləsinin gerçəkləşməsində maraqlı olduğunu vurğulayıb.