Unibank bütün təqaüdçülər üçün 0% komissiyalı kredit kampaniyası keçirir


Digərləri 19 Fev 2019 12:14:00 202 0

Unibank bütün təqaüdçülər üçün 0% komissiyalı kredit kampaniyası keçirir

Unibank təqaüdçülər üçün daha bir kampaniya keçirir. İndi Unibankdan kredit alan bütün təqaüdçülər 10.000 AZN-dək krediti 0% komissiya ilə əldə edə biləcəklər. Bu gündən etibarən təqaüdü 100 manatdan başlayan istənilən təqaüdçü Unibank filialına yaxınlaşaraq, krediti  KOMİSSİYASIZ əldə etmək üçün müraciət edə bilər. Kampaniya martın 4-dək davam edəcək.

Unibankdan krediti götürmək təqaüdçülərə xüsusi üstünlüklər verir:

- komissiya 0%;

- kreditin məbləği 10.000 AZN-dək;

- sığorta xərci yoxdur;

- zamin tələb olunmur;

- kreditin ödəniş tarixini müştəri özü təyin edir;

- cəmi 19 AZN-dən başlayan aylıq ödəniş;