Azərbaycanın Dövlət Himninə dair yeni tələblər təsdiq edildi


Digərləri 19 Fev 2019 12:18:00 255 0

Azərbaycanın Dövlət Himninə dair yeni tələblər təsdiq edildi

Azərbaycanın Dövlət Himninə dair yeni tələblər təsdiq edilib.

Bakı. Elçin Mehdiyev – Azərbaycanın Dövlət Himninə dair yeni tələblər təsdiq edilib. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihəsinə öz əksini tapıb. 9 maddədən ibarət olan yeni qanun layihəsi Dövlət Himninin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edir. Qanun layihəsində müəyyən olunan tələblərə əsasən, Azərbaycan vətəndaşları Dövlət Himni ifa edilən zaman himnin mətninə uyğun ayaq üstə və sona qədər oxumalıdırlar (və ya Dövlət Himnini ayaq üstə və sona qədər dinləməlidirlər). Dövlət Himni ifa edilən zaman Azərbaycan Dövlət bayrağı qaldırılarsa, (asılarsa) Azərbaycan vətəndaşları Dövlət bayrağına tərəf baxmalıdırlar.