3 dost 14 yaşlı qızı zorlayıb, sonra elçi göndərdilər


Digərləri 19 Fev 2019 12:05:00 260 0

3 dost 14 yaşlı qızı zorlayıb, sonra elçi göndərdilər

Təcavüzdən sonra biabır edəcəklərini deyib, şantaj etdilər.

14 yaşlı qıza təcavüz etdilər, sonra isə video görüntülərini yayacaqları ilə hədə-qorxu gəldilər.

Son.az aznews.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə məhkum olunan İsmayılov Hüseyn Xaliq oğlu azadlığa çıxmaq üçün cəza çəkdiyi müəssisədən Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə prosesi hakim Hafiz Kamranovun sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, Yasamal rayon sakini Maya Cəfərova (ad və soyad şərtidir) azyaşlı qızının bir neçə nəfər tərəfindən kütləvi olaraq cinsi təcavüzə məruz qalması faktı ilə bağlı rayon polis idarəsinə müraciət edib.

Belə ki, 14 yaşlı Nailə Cəfərova (ad və soyad şərtidir) Emin Qara oğlu Alıyev, Hüseyn Xalıq oğlu İsmayılov və Hacı Taleh oğlu Məmmədov tərəfindən aldadılaraq təcavüz edilib.