Nazirdən 11 min manatlıq birdəfəlik ödəmələrin gecikdirilməsi ilə bağlı narazılıqlara MÜNASİBƏT


Digərləri 19 Fev 2019 12:06:00 196 0

Nazirdən 11 min manatlıq birdəfəlik ödəmələrin gecikdirilməsi ilə bağlı narazılıqlara MÜNASİBƏT

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid vərəsələrinə 11 min manatlıq birdəfəlik ödəmələrin verilməsinin gecikdirilməsi ilə bağlı səsləndirilən narazılıqlara münasibət bildirib.

Son.az report-a istinadən xəbər verir ki, nazir Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşündə gecikmənin şəhidlərə bağlı sənədlərin toplanması ilə bağlı olduğunu deyib.

Nazir bildirib ki, məsələ ilə əlaqədar ötən ilin oktyabr ayının sonunda ilkin məlumat toplandı və işlərə start verildi: "Müraciətlər toplanandan sonra noyabrdan etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Sığorta şirkəti ilə iş aparıldı. Ümumi siyahının təsdiq olunması üçün məlumatlar bir aya toplanıldı. Yekun qərarda 2700-dən artıq insanın sənədləri bir araya gətirildi".