“Hər bir zövqə uyğun kino” həftəsi “Park Cinema”da


Digərləri 19 Fev 2019 12:09:00 258 0

“Hər bir zövqə uyğun kino” həftəsi “Park Cinema”da

"Hər bir zövqə uyğun kino" həftəsi "Park Cinema"da!

Bu həftə "Park Cinema"da çox intensiv və maraqlı keçəcək. Bu axşam "Park Cinema Metropark"da "Hakimiyyət", sabah "Park Cinema Flame Towers"da "Əjdahanı necə əhliləşdirmək-3?", cümə axşamı günü isə canlı orkestr müşaiyəti ilə "Yeraltı" səssiz filminin nümayişləri keçiriləcək.

"Məncə, bu həftə "Park Cinema"nın nə qədər fərqli və hər bir zövqə uyğun filmlərinin nümayiş etdirməsini bir daha göstərəcək. Bizim repertuarımız və kontentimiz hər zaman rəngarəng və müxtəlif olub" - şəbəkənin piar-meneceri Rüstəm Fətəliyev bildirib.

"Hakimiyyət", rejissor Adam Makkeyin dramatik komediya janrında çəkilmiş bir filmdir. ABŞ vitse-prezidenti Dik Çeynini daha orqanik canlandırmaq üçün aktyor Kristian Beyl 30 kq yığıb. Digər rollarda Emi Adams, Stiv Karrell və Sem Rokuell çəkilib. "Hakimiyyət", həftəsonu keçiriləcək "Oskar" gecəsində 8 nominasiyaya layiq görülüb.

"Əjdahanı necə əhliləşdirmək-3?", rejissor Din Debluanın cizgi filmi, britaniyalı yazıçı Kressida Kouellin əsərlərin əsasında çəkilmiş növbəti filmdir. Bu dəfə Debluanın layihəsində Cey Baruşel, Keyt Blanşet, Kreyq Ferqyuson və digər tanınmış aktyorlar iştirak ediblər. Filmin müxtəlif anonslarında isə "Taxtlar oyunu" serialının ulduzu Kit Xarinqton da çəkilib.