Qanuna 18 yaşınadək şəxslərə siqaret və spirtli içki satılmasını qadağan edən dəyişiklik qəbul edildi


Digərləri 19 Fev 2019 12:04:00 202 0

Qanuna 18 yaşınadək şəxslərə siqaret və spirtli içki satılmasını qadağan edən dəyişiklik qəbul edildi

Azərbaycanda qanuna 18 yaşınadək şəxslərə siqaret və spirtli içki satılmasını qadağan edən dəyişiklik qəbul edildi

Bakı. Elçin Mehdiyev - Milli Məclisin bu gün keçirilən plenar iclasında "Gənclər siyasəti haqqında" qanuna dəyişikliklər ikinci oxunuşda müzakirəyə çıxarılıb. Trend-in məlumatına görə, dəyişikliklər gənclərlə bağlı bır sıra yenilikləri nəzərdə tutur. Belə ki, dəyişikliklərə əsasən, Azərbaycanda 18 yaşınadək şəxslərə tütün məmulatları və spirtli içkilərin satışına, onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək. Həmin dəyişikliklərdə təklif edilir ki, müvafiq icra hakimiyyəti orqanları 18 yaşınadək şəxslərin mənəvi-əxlaqi tərbiyəsini, onların fiziki və psixi sağlamlığına təhlükə yaradan zərərli informasiyalardan qorunmasını təmin etmək üçün "təhlükəsiz internet" mexanizminin yaradılmasını təmin edəcəklər. Həmçinin dəyişikliklərə əsasən, Azərbaycanda gənclərin təhsili, asudə vaxtının təşkili, inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlər özəlləşdirildikdən sonra 10 il müddətinə onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir.