Qarın hündürlüyü Ağdərədə 19, Altıağacda 14, Sarıbaşda 12, Qubada 11 sm olub


Digərləri 19 Fev 2019 11:51:56 210 0

Qarın hündürlüyü Ağdərədə 19, Altıağacda 14, Sarıbaşda 12, Qubada 11 sm olub

Fevralın 18-i gündüzdən 19-u səhərədək müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a bildirilib ki, sinoptiklərin əvvəlcədən xəbər verdiyi kimi, fevralın 18-i axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, əsasən şimal və şərq rayonlarında yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Bakıda və Abşeron yarımadasında fevralın 18-i axşam saatlarından başlayan yağış fevralın 19-da sulu qara keçib, düşən yağıntının miqdarı 5 mm təşkil edib, bu da aylıq normanın 24 faizidir. Lənkəran-Astara zonasında yağıntının miqdarı 6 mm-dək, Mərkəzi-Aran rayonlarında 4 mm-dək, Böyük Qafqazda 11 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Ağdərədə 19, Altıağacda 14, Sarıbaşda 12, Qubada 11, Şahdağda 10, Qusar, Xınalıqda 7, Qırızda 6, Mərəzədə 3, İsmayıllıda 1 sm təşkil edib.