Polis idarəslərində yoxlama


Digərləri 19 Fev 2019 11:55:00 212 0

Polis idarəslərində yoxlama

İşgəncələrə qarşı Azərbaycan Komitəsi Bakıda 6 rayon polis idarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçirib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında komitə sədri Tural Hüseynov məlumat verib.

Onun sözlərinə görə, monitorinq zamanı polis idarələri və onlara tabe olan bölmələrin müvəqqəti saxlama yerlərində vəziyyət, saxlanılan şəxslərlə rəftar və digər məsələlər araşdırılıb. Monitorinqi T.Hüseynov, komitənin sədr müavini Elçin Şirinov və hüquqşünas Rövşən Məmmədov keçirib: