Arsenal Baneqanı yayda gətirmək niyyətindədir


İdman 19 Fev 2019 11:34:00 216 0

Arsenal Baneqanı yayda gətirmək niyyətindədir

Arsenal Sevilla-nın yarımmüdafiəçisi Ever Baneqanı maraq dairəsindən çıxarmayıb.

Goal.az xəbər verir ki, London təmsilçisinin Baneqanı heyətə qatmaq cəhdi iki dəfə alınmayıb. Daha doğrusu, transferə vəsait tapılmayıb. Klub yayda növbəti dəfə futbolçunu əldə etməyə çalışacaq. 31 yaşlı Baneqanın transferində Arsenal-ın baş məşqçisi Unai Emeri maraqlıdır. Yarımmüdafiəçini ValenciaSevilla-dan tanıyır. Keçidin 19 milyon avroya başa gələcəyi deyilir. Emerinin komandası Barcelona-dan Denis Suaresi də heyətə gətirməyi nəzərdə tutur. İngiltərə klubu transferə 20 milyon avro xərcləyə bilər.

Hazırda Arsenal 50 xalla turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.