Bakıda dünyanı heyrətləndirəcək TOY


Digərləri 19 Fev 2019 11:21:31 198 0

Bakıda dünyanı heyrətləndirəcək TOY

Adətən bu tip hadisələrlə ya filmlərdə rastlaşırıq, ya da xarici mətbuatda. Amma bu toy paytaxtımızda baş tutdu.

Son.az xəbər verir ki, Elnur adlı fiziki qüsurlu şəxs uzun zamandan sonra sevdiyi Nərmin adlı xanıma qovuşub. Elnurdan fərqli olaraq sağlam olan Nərminin sevgisi üçün belə fədakarlıq etməsi eşidənləri qəhərləndirib.

Ötən gün "Səni axtarıram"da evlilikləri rəsmiləşən cütlüyü bəy-gəlin geyimində görən tamaşaçılar duyğulanıb.

Verilişdə Elnur sevdiyi xanıma aldığı üzüyü onun barmağına taxmaq istəsə də bacarmayıb:

"Mən istəyirəm həyat yoldaşımın barmağına aldığım üzüyü taxım. Onu çox təəssüf, mən edə bilməyəcəm. İstəyirəm mənim adımdan, Xoşqədəm xanım, siz taxasınız".